...

Yığmamız Estoniyadan üstün oldu (FOTO/VİDEO)

İdman Materials 18 Yanvar 2017 09:49 (UTC +04:00)
Azərbaycan yığması 9-12-ci yerlər uğrunda mərhələdə ötən gün Estoniya komandası ilə qarşılaşıb.
Yığmamız Estoniyadan üstün oldu (FOTO/VİDEO)

Bakı. Trend:

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-12-ci yerlər uğrunda mərhələdə ötən gün Estoniya komandası ilə qarşılaşıb.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti