...

"Qara bazar"da bilet satışının qarşısı belə alınacaq

İdman Materials 19 Yanvar 2017 12:03 (UTC +04:00)
"Qara bazar"da bilet satışının qarşısını almaq üçün bir sıra tədbirlər görülüb.
"Qara bazar"da bilet satışının qarşısı belə alınacaq

Bakı. Trend:

"Qara bazar"da bilet satışının qarşısını almaq üçün bir sıra tədbirlər görülüb.

Trend-in məlumatına görə, bunu AFFA-nın bilet satışı meneceri Kamran Abasov qurumun saytına müsahibəsində deyib.

K.Abasov qeyd edib ki, Azərbaycan – Almaniya oyununa onlayn bilet satışı yanvarın 10-da başlayıb: "Biletləri tickets.affa.az saytından əldə etmək olar. Fevralın 1-dən etibarən şəhərin müxtəlif yerlərində bilet satışı məntəqələri fəaliyyətə başlayacaq. Rəqib komandanı və stadionun tutumunun azlığını nəzərə alaraq, oyun biletlərinin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün satışa əvvəlki oyunlarımızla müqayisədə daha tez başlamışıq".

Onun sözlərinə görə, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 5, 9, 14, 19 və 50 manatdır: "Qiymətləri təyin edərkən müxtəlif alıcı kateqoriyasını nəzərə almışıq. Stadionun təxminən yarısı minimal qiymətə - 2 manata olan biletlərdir. Digər yarısı isə müxtəlif kateqoriyalar üzrə bölünüb".

"Qara bazar"a qarşı tədbirlərə toxunan K.Abasov deyib ki, azarkeşlərin süni qiymət artımı və bilet tapa bilməmə kimi problemlərlə qarşılaşmamaları üçün tez bir zamanda onlayn şəkildə və ya 1 fevral tarixindən şəhərin müxtəlif yerlərində fəaliyyətə başlayacaq bilet satışı məntəqələrindən bilet əldə etməyə çağırıb:

"Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün 1 nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə maksimum 5 bilet ala bilər. Tickets.affa.az ünvanından bilet aldıqdan sonra 1 fevral tarixindən bilet satışı məntəqələrindən şəxsiyyət vəsiqəsi və e-mail ünvanına göndərilmiş vauçeri təqdim etməklə biletləri əldə etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti