...

Güləşçimiz Rusiyada bürünc medal qazanıb (VİDEO)

İdman Materials 27 Yanvar 2017 19:20 (UTC +04:00)
Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.
Güləşçimiz Rusiyada bürünc medal qazanıb (VİDEO)

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edib.

İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monqolustan idmançısı Tsetseqbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.

Həlledici görüşdə E.Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edərək turnirin bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti