...

Volkan Dəmirəl "Fənərbağça"dan ayrılır?

İdman Materials 2 Fevral 2017 16:40 (UTC +04:00)
"Bu klubun həm oyunçusu, həm də fanatlarından biriyəm".
Volkan Dəmirəl "Fənərbağça"dan ayrılır?

Bakı. Fidan Həsənzadə - Trend:

"Komanda olaraq pis oynadıq, lakin daha yaxşı hazırlaşacağımıza söz verirəm".

Trend-in məlmatına görə, bunu "Fənərbağça"nın məğlub olduğu "Kayserispor"la matçdan (1:4) sonra Volkan Dəmirəl deyib.

Uzun müddətdir klubun qapıçısı olan V.Dəmirəl bundan sonra daha yaxşı oynacaqlarını bildirib:

"Düz 13 ildir ki, bu komandadayam. Yaxşı və pis günlərim oldu. Qalibiyyət də, məğlubiyyət də gördüm. Bu klubun həm oyunçusu, həm də fanatlarından biriyəm. Həyatımın bütün dönəmlərində məsuliyyətim oldu, bundan sonra da olacaq. Fanatların tənqidlərini qəbul edirəm. Tribunadan özümə baxsam, mən də özümü tənqid edərdim. Amma biz uzun illərin təcrübəsinə sahibik. Komandanı yenidən ayağa qaldıracağıq. Fanatların bizə hirsli və küskün olmasını anlayırıq. Buna görə də tənqidləri normal qəbul edirik".

V.Dəmirəl "Fənərbağça" ilə müqaviləsinə də toxunub: "Müqavilə haqqında son günlər çox danışılır, amma mən bunu problem saymıram. Müqavilə sadəcə kağız parçasıdır. Biz bu kluba ürəkdən bağlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti