...

AZAL "Qarabağ"la bacarmadı

İdman Materials 3 Fevral 2017 17:16 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.
AZAL "Qarabağ"la bacarmadı

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyunda "Qarabağ" AZAL-ın qonağı olub.

Oyuna meydan sahibləri fəal başlayıblar: 7-ci dəqiqədə Rəşad Abdullayev hesabı açıb. Birinci hissənin sonlarında Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.

İkinci hissədə Ağdam təmsilçisi dönüş yarada bilib. Əvvəlcə 60-cı dəqiqədə Maksim Medvedev fərqlənib. 3-cü dəqiqədə isə Coşqun Diniyev "Qarabağ"ı önə keçirib. Bu, matçda vurulan son qol olub - 1:2.

Beləliklə, "Qarabağ" 16 oyundan 36 xalla turnir cədvəlində liderliyini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti