...

"Neftçi" "Qəbələ" ilə bacarmadı

İdman Materials 3 Fevral 2017 18:58 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunları davam edir.
"Neftçi" "Qəbələ" ilə bacarmadı

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunları davam edir.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib.

Oyunda hesab 77-ci dəqiqədə açılıb - Daniel Subotiç "Qəbələ" azarkeşlərini sevindirib. Paytaxt təmsilçisinin cəhdləri isə nəticə verməyib.

Beləliklə, "Qəbələ" 16 oyundan sonra 35 xalla ikinci pillədəki yerini möhkəmləndirib. 10 xallı "Neftçi" 7-ci pillədə qərarlaşıb. "Qarabağ" isə 36 xalla liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti