...

Yubiley oyununda məğlubiyyət

İdman Materials 6 Fevral 2017 11:02 (UTC +04:00)
AZAL klubu Premyer Liqada 350-ci oyununu keçirib.
Yubiley oyununda məğlubiyyət

Bakı. Trend:

AZAL klubu Premyer Liqada 350-ci oyununu keçirib.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin yubileyi Premyer Liqanın XVI turuna təsadüf edib. Tərlan Əhmədovun yetirmələri öz meydanında “Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2.

AZAL ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib.

Premyer Liqada 2005/06 mövsümündə debüt edən AZAL 13 çempionat ərzində “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur.

Xatırladaq ki, AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti