...

Nazir: IV İslam Həmrəylik Oyunlarının açılışında ulduzlar olmayacaq

İdman Materials 6 Fevral 2017 11:58 (UTC +04:00)
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində dünya və ya yerli ulduzların iştirak etməsi nəzərdə tutulmur.
Nazir: IV İslam Həmrəylik Oyunlarının açılışında ulduzlar olmayacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində dünya və ya yerli ulduzların iştirak etməsi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, açılış proqramı möhtəşəm bir şou olacaq:

“Lakin açılışın proqramı elədir ki, orada mahnı oxumaq nəzərdə tutulmayıb. Ancaq bağlanış mərasimində yerli ulduzlar bizə dəstək verə bilərlər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti