...

Nazir: Maliyyə çətinlikləri olan müsəlman ölkələrinə güzəşt edə bilərik

İdman Materials 6 Fevral 2017 13:10 (UTC +04:00)
Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında iştirak etməyə maliyyə çətinlikləri olan müsəlman ölkələrinə İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsi köməklik göstərə bilər.
Nazir: Maliyyə çətinlikləri olan müsəlman ölkələrinə güzəşt edə bilərik

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməklə bağlı maliyyə çətinlikləri olan müsəlman ölkələrinə İslam Həmrəyliyi İdman Federasiyası köməklik göstərə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov qeyd edib ki, İslam Həmrəyliyi İdman Federasiyası maliyyə çətinlikləri olan müsəlman ölkələrinin nəqliyyat xərclərinin ödənilməsinə dəstək göstərməyə hazırdır:

“Hansı ölkələrdəki problemlər var, o ölkədən olan idmançıların sayı müəyyənləşdirilir. Gündəlik qalmaq və qida xərcləri üçün 50 dollar ödənilməsi nəzərdə tutulur. İnanıram ki, biz burada da güzəşt edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti