...

“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirilib (FOTO)

İdman Materials 6 Fevral 2017 16:56 (UTC +04:00)
Fevralın 5-də “Excelsior Hotel Baku” otelinin “Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirilib.
“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirilib  (FOTO)

Bakı. Trend:

Fevralın 5-də “Excelsior Hotel Baku” otelinin “Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirilib.

İlk öncə “Aura” Sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova iştirakçılara “Aura” Sağlamlıq mərkəzi haqqında məlumat verib.

S.Yusifova bildirib ki, “Aura” Sağlamlıq mərkəzində skvoş ilə peşəkarcasına məşğul olmaq üçün 2 skvoş zalı var. Həmçinin “Aura” Sağlamlıq mərkəzində şirkət əməkdaşları arasında korporativ idman yarışları keçirmək üçün hər bir şərait var. Burada stolüstü tennis, skvoş, böyük tennis yarışı keçirmək mümkündür.

Skvoş - idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur.

Qaliblərə sertifikatlar verilib.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti