...

Güləşçilərimiz Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə mübarizə aparacaq

İdman Materials 7 Fevral 2017 10:06 (UTC +04:00)
Sərbəst güləş üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi olub.
Güləşçilərimiz Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə mübarizə aparacaq

Bakı. Trend:

16-17 fevral 2017-ci il tarixdə İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə B yarımqrupunda yarışacaq.

Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti