...

Cibril Sisse futboldan getdi

İdman Materials 7 Fevral 2017 12:21 (UTC +04:00)
Fransalı futbolçu Cibril Sisse peşəkar karyerasını başa vurduğunu açıqlayıb
Cibril Sisse futboldan getdi

Bakı. Trend:

Fransalı futbolçu Cibril Sisse peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə futbolçu özü açıqlamasında deyib. C.Sisse karyerasını başa vurduqdan sonra “Yahoo! Sports” portalının idman məsləhətçisi kimi işini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, C.Sisse karyerası ərzində Fransanın “Marsel”, İngiltərənin “Liverpul”, İtaliyanın “Latsio” və digər klublarda çıxış edib. Fransa milli komandasının heyətində 41 oyun keçirib 9 qol vuran Cibril Sisse 2003-cü il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

Bundan başqa C.Sisse mavi ekranda da "qüvvəsini" sınayıb. O, “Taksi 4” filmində epizodik rolda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti