...

Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib

İdman Materials 16 Fevral 2017 16:51 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları haqqında icitimaiyyəti daha geniş məlumatlandırmaq məqsədilə Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib.
Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib

Bakı. Trend:

Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında icitimaiyyəti daha geniş məlumatlandırmaq məqsədilə Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib.

Trend-in məlumatına görə, təqdim olunan heşteqlərin hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün Oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib heşteqlerin yerləşdirilməsi kifayətdir.

Belə ki, ən maraqlı şəkillər seçilərək Bakı-2017 Oyunlarının "Facebook" səhifəsində (@Baku2017) paylaşılacaq.

Heşteqlerin daşıdığı mənalara gəldikdə:

#Baku2017 – Bakı-2017 Oyunlarına dair hər bir şəkilə və ya videoya şamil edilə bilər

#TeamSolidarity – heşteqi Bakı-2017 Oyunlarının könüllülərinə şamil olunur

#BakuMascots – heşteqi Bakı-2017 maskotları olan Qarabağ atları İncə və Cəsur üçün nəzərdə tutulur

#Baku2017Tickets – Bakı-2017 Oyunları biletlərinə şamil olunur

#DiscoverBaku – heşteqi gözəl Bakını kəşf edən hər kəsə şamil olunur

#MyBaku2017 – Bakı-2017 Oyunlarının ən interaktiv heşteqidir. Ən maraqlı paylaşım etmiş istifadəçinin bölüşdüyü şəkil və ya video Bakı-2017 Oyunlarının "Facebook" səhifəsində müəllif qeyd olunmaqla yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti