...

Premyer Liqanın 22-ci turunda dəyişiklik edilib

İdman Materials 17 Fevral 2017 11:02 (UTC +04:00)
Premyer Liqanın 22-ci turunda dəyişiklik edilib.
Premyer Liqanın 22-ci turunda dəyişiklik edilib

Bakı. Trend:

Premyer Liqanın 22-ci turunda dəyişiklik edilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, AFFA PFL-ə müraciət edərək, 7-9 mart Qətərin paytaxtı Doha şəhərində milli komandanın toplanışının, eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Premyer Liqanın XXII turunda dəyişiklik edilməsini xahiş edib.

Milli komanda amilini nəzərə alan PFL Premyer Liqanın XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçlarının 11 mart tarixindən 13 mart tarixinə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçlarının isə 12 mart tarixindən 14 mart tarixinə keçirilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti