...

Böyük britaniyalı gimnast: Dünya kubokunda fenomenal mühit var (FOTO)

İdman Materials 18 Fevral 2017 14:22 (UTC +04:00)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda fenomenal mühit var.
Böyük britaniyalı gimnast: Dünya kubokunda fenomenal mühit var (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda fenomenal mühit var.

Bu sözləri Trend-ə britaniyalı tamblinqçi Lüsi Kolbek deyib.

O qeyd edib ki, öz çıxışından razı qalıb: “Hər iki cəhdlərim cüzi düzəlişlər olmaqla uğurlu alınıb. Mən başlanğıc həyəcanının öhdəsindən gələ bildim və məmnunam ki, təsnifatı lider olaraq keçdim”.

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında fenomenal mühit var: “İşıqlandırma çox gözəldir, çox baxımlı görünür. Onu deyim ki, bu, iştirak etdiyim ən yaxşı yarışdır. Hər şey əladır”.

Gimnast onu da əlavə edib ki, o finalda daha yaxşı çıxış edərək medal qazanmağa çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti