...

Azarkeş: Gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib

İdman Materials 18 Fevral 2017 17:29 (UTC +04:00)
"Azərbaycanda gimnastikanın inkişafı bizi çox sevindirir. Hər dəfə həvəslə yarışlara baxmağa gəlirik”.
Azarkeş: Gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanda gimnastikanın inkişafı bizi çox sevindirir. Hər dəfə həvəslə yarışlara baxmağa gəlirik”.

Bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Esmira Əsədova deyib.

O bildirib ki, Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir:

“Gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib və populyarlıq qazanıb. Gimnastika hər şeydən öncə sağlam həyat tərzidir, uşaqlarımızın sağlam böyüməsinə xidmət edir".

E.Əsədova Milli Gimnastika Arenasının möhtəşəm olduğunu deyib:

“Əvəllər idmançılarımız üçün belə şərait yox idi, bu cür beynəlxalq yarışlar keçirmək mümkün deyildi, ancaq indi ölkəmiz beynəlxalq idman yarışlarına tez-tez ev sahibliyi edir, bizi dünyada daha yaxşı tanıyırlar. Bütün bunlar bizi çox sevindirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti