...

Rusiyalı gimnast: Azərbaycanda çıxış etmək mənim çox xoşuma gəldi

İdman Materials 18 Fevral 2017 18:28 (UTC +04:00)
Azərbaycanda çıxış etmək mənim çox xoşuma gəldi.
Rusiyalı gimnast: Azərbaycanda çıxış etmək mənim çox xoşuma gəldi

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda çıxış etmək mənim çox xoşuma gəldi.

Trend-in məlumatına görə, bunu Bakıda rusiyalı gənc gimnast Meri Qolota deyib.

İdmançı öz çıxışından razı qalmadığını da deyib: “Mən sərbəst çıxışda dizlərimi qatladım, sonra isə bu vəziyyətdin çətinliklə çıxdım”.

Onun sözlərinə görə, Bakıda çıxış etməkdən məmnun qalıb. “Azarkeşlərin dəstəyi çox vacibdir və bu dəstək burada hiss olunurdu. Azərbaycanda çıxış etmək mənim çox xoşuma gəldi. Bura çox gözəldir. Bakıda memarlıq nümunələri daha çox xoşuma gəldi”.

Qeyd edək ki, rusiyalı gimnast təsnifatın nəticələrinə əsasən altıncı yer tutsa da, final mərhələsinə adlaya bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti