...

Azarkeş: Bu cür yarışlar ölkəmizin dünyada tanıdılması üçün mühüm rol oynayır

İdman Materials 18 Fevral 2017 20:04 (UTC +04:00)
Bu cür yarışlar ölkəmizin dünyada tanıdılması üçün mühüm rol oynayır.
Azarkeş: Bu cür yarışlar ölkəmizin dünyada tanıdılması üçün mühüm rol oynayır

Bakı. Elçin Mehdiyev - Trend:

"Dünya kubokunun açılışına gəlib tamaşa etdik, çox xoşumuza gəldi. Mərasimdə milli dəyərlərimiz yüksək səviyyədə təqdim olundu”. Bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya kuboku yarışlarını və açılış mərasimini izləməyə gəlmiş gimnastika azarkeşi Akif Vəliyev deyib.

A.Vəliyev qeyd edib ki, bu cür yarışlar uşaqları da idmana çox həvəsləndirir: “Bizim uşaqlar da gimnastika ilə məşğul olurlar. Qızım gimnastika sahəsində bir sıra uğurlar əldə edib. Milli Gimnastika Arenasında keçirilən bütün yarışları izləyirik və çox xoşumuza gəlir. Bu yarışlar həm də gimnastlarımızın təcrübəsini xeyli artırır”.

Azarkeş bildirib ki, bu cür yarışlar ölkəmizin dünyada təbliğ olunması baxımından da mühüm əhəmiyyət kəsb edir: “Əlbəttə belə böyük tədbirlər ölkəmizin dünyada tanıdılması üçün mühüm rol oynayır, çünki idman da ən böyük təbliğat vasitələrindən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti