...

Müsabiqə qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 21 Fevral 2017 17:33 (UTC +04:00)
“Məim velo-məqaləm” adlı yazı müsabiqəsinə yekun vurulub.
Müsabiqə qalibləri mükafatlandırılıb  (FOTO)

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Hədəf" Nəşrləri, "IB CLUB" Gənclərin İnkişaf Mərkəzi, "Velosport" mağazası və "Ladies on Bikes" həvəskar velosiped klubunun birgə layihəsi olan “Mənim velo-məqaləm” adlı yazı müsabiqəsinə yekun vurulub.

Federasiyadan Trend-ə verilən məlumata görə, müsabiqə qaliblərinin mükafatlandırılması və layihəyə təqdim olunmuş yazılardan ibarət kitabın təqdimat mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında həyata keçirilib.

Mükafatlandırılma mərasimindən öncə çıxış edən AzVİF-in baş katibi Fərhad Əliyev Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Mehman Kərimov, Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, "Hədəf" Nəşrlərinin təsisçisi Şəmil Sadiq, "Gənc alimlər" cəmiyyətinin rəhbəri İlqar Orucov və Yazıçılar İttifaqının üzvü Babək Qoca müsabiqənin əhəmiyyətindən danışaraq müxtəlif yanaşma tərzinə malik yazıları olduqca yüksək qiymətləndirdilər. Natiqlər bildirdilər ki, son illər ərzində Azərbaycanda velosiped idmanına artan marağın nəticəsidir ki, bu cür müsabiqələr olduqca geniş rezonans doğurur.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 200-ə yaxın yazı təqdim edilib ki, onların da içərisindən ən yaxşı 30 məqalə seçilib və "MƏNİM VELO-MƏQALƏM" kitabına salınaraq çap edilib. Yazıların qiymətləndirilməsi "Hədəf" Nəşrlərinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqənin yekununa əsasən, I yerə Turizm və Menecment Universitetinin tələbəsi Cəmilə Şirinova layiq görülüb. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov II, Bakı Dövlət Universitetinin mağistri Ağalar Qəribov isə III yerə layiq görülüb. Müsabiqənin qalibinə milli velosiped brendimiz olan "İSMA BİKES" velosipedi hədiyyə olunub. "Velosport" mağazası isə II yerin sahibinə velosiped hədiyyə edib. Bundan başqa, 10 yazı müəllifi AzVİF, "Hədəf" Nəşrləri və "Medica Hospital" tərəfindən həvəsləndirici mükafatlarla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti