...

Real Madriddən səfərdə möhtəşəm geridönüş

İdman Materials 27 Fevral 2017 05:09 (UTC +04:00)
Madridin "Real" klubu "Vilyareal"la 2:0 hesabı ilə geri düşdüyü görüşdə qələbə qazana bilib
Real Madriddən səfərdə möhtəşəm geridönüş

Bakı. Trend:

Madridin "Real" klubu "Vilyareal"la 2:0 hesabı ilə geri düşdüyü görüşdə qələbə qazana bilib.

Trend xəbər verir ki, fevralın 27 İspaniya La Liqası çərçivəsində baş tutan görüşdə ev sahibləri oyunun 50-ci dəqiqəsində Triqeros və 56-ci dəqiqədə Bakambunun qolları ilə 2:0 hesabı ilə irəli keçiblər.

Lakin, görüşün 64-cü dəqiqəsində Karvaxalın ötürməsindən sonra Qaret Beyl hesab arasındakı fərqi minimuma endirib. Oyunun 74-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə hakim Vilyarealən qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştiano Ronaldo bu fürsəti əldən qaçırmayıb - 2:2.

Oyunun 83-cü dəqiqəsində Marselonun sol cinahdan ötürdüyü topu Alvaro Morata başla qapıya göndərib və oyunun yekun hesabını müəyyən edib - 2:3.

Qeyd edək ki, bu qələbəylə "Kral" klubu İspaniya çempionatındakı liderliyini qoruyub saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti