...

Real və Barsa növbəti qələbələrini qazandı

İdman Materials 5 Mart 2017 05:22 (UTC +04:00)
İspaniya çempionatı çərçivəsində 26-cı turun oyunları keçirilib
Real və Barsa növbəti qələbələrini qazandı

Bakı. Trend:

İspaniya çempionatı çərçivəsində 26-cı turun oyunları keçirilib.

Liderlər "Real Madrid" və "Barselona" növbəti böyük hesablı qələbələrini qazanıblar.

Kral klubu bu turda "Eybarın" qonağı olub. Los Merengues (ağlar) ilk dəqiqələrindən oyuna nəzrati ələ keçiriblər. 14 və 25-ci dəqiqələrdə Benzema, 29-cu dəqiqədə Xames və 60-cı qəqidə isə Asensio rəqibin qapısına yol tapıblar - 0:4.

Ev sahibləri 72-ci dəqiqədə Penyanın qolu ilə hesab arasındakı fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb. Oyun 1:4 hesabı ilə Realın xeyrinə başa çatıb.

Çempionatın nominal lideri olan "Barsa" "Nou kamp"-da "Selta"-nı qəbul edib. Ev sahibləri fasiləyə 24-cü dəqiqədə Messinin və 40-cı dəqiqədə Neymarın qolları ilə 2:0 hesablı üstünlüklə yollanıblar. İkinci hissədə oyunun gedişatı dəyişməyib. 57-ci dəqiqədə Umtiti, 61-ci dəqiqədə isə Rakitiç hesabı müvafiq olaraq 3:0 və 4:0 edib. Oyunun 64-cü dəqiqəsində Messi dubl edərək darmadağında nöqtəni qoydu - 5:0.

Bu oyunlarda sonra, Barselona 60 xalla nominal liderliyini saxlayır. Ondan bir oyun az keçirmiş Real Madrid 59 xalla ikinici pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti