...

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb - NƏTİCƏLƏR (FOTO)

İdman Materials 6 Mart 2017 11:24 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.
Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb - NƏTİCƏLƏR (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, ASTF-nin vitse-prezidenti Fazil Məmmədov bildirib ki, fiziki-mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak etmişdir. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları iştirak etmişdir. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:

Kişilər:

I yer – Bakı 1

II yer - Bakı 3

III yer - Sumqayıt, Bakı – 2

Qadınlar:

I yer – Sumqayıt 1

II yer – Bakı 1

III yer – Şəki, Sumqayıt 2

Şəxsi oyunlarda:

I yer – Cəfərov Ramil

II yer – Həşimli Xəyal

III yer – Ansari İbrahim, Allahverdiyev Vəzir

I yer – Eminova Bilurə

II yer – Qarayeva Nəzakət

III yer – İmanova Məryəm, Əhmədova Nəzrin

Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunub.

Çempionat 28 fevral-4 mart tarixlərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti