...

Ançelotti: "Arsenal" ilk 60 dəqiqədə yaxşı oynadı və bizə də problemlər yaratdı

İdman Materials 8 Mart 2017 06:15 (UTC +04:00)
"Bayern Munich"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı pley-off matçı barədə danışıb
Ançelotti: "Arsenal" ilk 60 dəqiqədə yaxşı oynadı və bizə də problemlər yaratdı

Bakı. Trend:

"Bayern Munich"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı pley-off matçı barədə danışıb.

Trend-in məlumatına görə, Ançelotti deyib ki: "Matç çətin oldu. İlk 60 dəqiqə "Arsenal" yaxşı oynadı və bizə də problemlər yaratdı. Onlar bizə təzyiq göstərirdi və bizdə qeyri-standart səhvlərə yol verirdik".

Baş məşqçi əlavə edib ki: "Qəribə oyun idi, amma futbol belədir. Matçın nəticəsi meydanda olanı əks etdirmir. Penaltidən sonra biz heç bir təzyiq hiss etmədik".

Qeyd edək ki, "Bayern Munich" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə görə, "Arsenal"dan (5:1; 5:1) üstün olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti