...

Qətər - Azərbaycan oyununun hakimləri açıqlandı

İdman Materials 9 Mart 2017 18:52 (UTC +04:00)
Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcək.
Qətər - Azərbaycan oyununun hakimləri açıqlandı

Bakı. Trend:

Bu gün Doha şəhərindəki "Al Sadd" stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi Ferenc Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Qeyd edək ki, yoldaşlıq oyunu Qətər Futbol Assosiasiyasının istəyinə əsasən televiziyada yayımlanmayacaq.

Yoldaşlıq oyununda iştirak üçün millimizin bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti