...

Nümayəndə heyətinin rəhbəri: Dünya kuboku gənc ukraynalı gimnastlar üçün sınaq meydanı olacaq (FOTO)

İdman Materials 14 Mart 2017 14:31 (UTC +04:00)
16-19 mart tarixlərində Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək.
Nümayəndə heyətinin rəhbəri: Dünya kuboku gənc ukraynalı gimnastlar üçün sınaq meydanı olacaq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kuboku mərhələsi gənc ukraynalı gimnastlar üçün sınaq meydanı olacaq.

Bunu Trend-ə Ukrayna nümayəndə heyətinin rəhbəri Oksana Slyusarçuk deyib.

O qeyd edib ki, Ukrayna milli komandası birinci heyətlə təmsil olunmayacaq: “Bu il fərdi ildir, ona görə biz gələn il Ukraynanı komandalar arasında Avropa və dünya çempionatlarında təmsil edə biləcək gəncləri sınaqdan keçiririk. Qaydalar çox dəyişməyib, amma baza qiymətlərinə təsir edəcək bir qədər nüanslar var. Qaydalar dörd ildən bir dəyişir. Ona görə hamı eyni səviyyədə işləyir”.

Onun sözlərinə görə, bu yarış ukraynalı idmançıların bu il ilk çıxışıdır: “Onların proqramlarına baxacağıq. Yarışlar göstərəcək ki, nəyi dəyişmək lazımdır”.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti