...

"Beşiktaş"dan böyük hesablı qələbə (VİDEO)

İdman Materials 16 Mart 2017 23:52 (UTC +04:00)
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib
"Beşiktaş"dan böyük hesablı qələbə (VİDEO)

Bakı. Trend:

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, Türkiyənin təmsilçisi “Beşiktaş” doğma meydanda “Olimpiakos”u qəbul edib.

Oyuna ev sahibi komandası fəal başlayıb. Oyunun 10-cu dəqiqəsində V. Abubakar fərqlənib - 1:0. 12 dəqiqə sonra "Beşiktaş" R. Babelin qolu ilə fərqi 2 topa yüksəldib - 2:0. Birinci hissənin 31-ci dəqiqəsində qonaq komanda “Olimpiakos” T. Elyunusinin qolu ilə fərqi 1 topa endirib - 2:1. Oyunun 39-cu dəqiqəsində ev sahibi komandasının oyunçusu V. Abubakar qırmızı kart alaraq meydandan qovulub.

İkinci hissəyədə ev sahibi komadası fəal başlayaraq 75-ci dəqiqədə R. Babelin qolu ilə fərqi yenidən 2 topa qaldırıb - 3:1. Cəmi 9 dəqiqə sonra meydana yeni daxil olan ev sahibinin oyunçusu C. Tosun fərqlənərək komandasının 4-cü qolunu vurub - 4:1.

Beləliklə, oyun 4:1 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti