...

İdman gimnastikası üzrə Dünya kubokunda dayaqla tullanma üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb

İdman Materials 17 Mart 2017 14:45 (UTC +04:00)
Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda dayaqla tullanma üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb
İdman gimnastikası üzrə Dünya kubokunda dayaqla tullanma üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda dayaqla tullanma üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, finala fransalı gimnast Zakari Hrimeçi, avstraliyalı Kristofer Remkes, Finlandiya nümayəndələri Tomi Tuuha və Heykki Saarenkato, Belarus idmançısı Pavel Bulavski, gürcüstanlı Konstantin Kuzovkov, Ukrayna idmançısı Maksim İvanov və israilli Andrey Medvedev vəsiqə qazanıblar.

Bu növdə Azərbaycan təmsil olunmayıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti