...

Avropa Liqası: 1/4 finalda "Beşiktaş"ın rəqibi bilindi

İdman Materials 17 Mart 2017 16:13 (UTC +04:00)
Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Avropa Liqası: 1/4 finalda "Beşiktaş"ın rəqibi bilindi

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, "kor püşk"ün nəticəsinə əsasən bu mərhələdə qarşılaşacaq komandalar məlum olub.

Püşkün nəticəsi:

1/4 final

“Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)
“Selta” (İspaniya) - “Genk” (Belçika)
“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)
“Ayaks” (Niderland) - “Şalke” (Almaniya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-ü, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti