...

Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi

İdman Materials 22 Mart 2017 11:43 (UTC +04:00)
Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi.
Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi

Bakı. Trend:

Gürcüstanın Tbilisi şəhərində keçirilmiş (11-16 fevral) batut, tamblinq və ikili mini batut üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, kurslarda iştirak etmiş Azərbaycan təmsilçiləri Kamil Quliyev batut gimnastikası üzrə 4-cü, Abdulla Qasımov tamblinq üzrə 4-cü, Adil Hüseynzadə isə tamblinq üzrə 3-cü hakimlik dərəcəsini əldə ediblər.

Qeyd edək ki, bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti