...

Bakıda Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək

İdman Materials 24 Mart 2017 14:07 (UTC +04:00)
Martın 25-26-da Bakı şəhəri "Şağan OİK"də Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək.
Bakıda Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək

Bakı. Trend:

Martın 25-26-da Bakı şəhəri "Şağan OİK"də Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək.

Azərbaycan Kempo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarış Gənclər və İdman nazirliyinin, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə Azərbaycanda Kempo idman növünün təbliğatı ilə məşğul olan, "Beynəlxalq Kempo Federasiyası"nın Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirilir.

Yarış Kempo Full, Kempo Submişn Gi, Submişn NoGi, Semi, Self Defens, Kata versiyaları üzrə keçiriləcək.

Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi 25 martda, saat 14.30-da Şağan Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Yarışda Əfqanıstan, Hindistan, Çin, Pakistan, Gürcüstan, Qazaxstan və İran idmançılarının iştirakı gözlənilir.

Kempo təşkilatının rəhbəri, Azərbaycanda Beynəlxalq Kempo Federasiaysının rəsmi səlahiyyətli nümayəndəsi, əməkdar məşqçi Rauf İbrahimov qeyd edib ki, yarışın ilk birinci Asiya oyunları keçən il Hindistanda keçirilmişdir. Azərbaycan bu tədbiri ikinci olaraq öz üzərinə götürüb. Bu yarış Asiya kempoçuları arasında olan dostluq və əməkdaşlıq münasibətlərinə çox kömək edəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti