...

Berti Foqts Bakıya gəlib

İdman Materials 24 Mart 2017 14:27 (UTC +04:00)
AFFA-nın baş katibi millimizin sabiq məşqçisi Berti Foqtsla görüşüb.
Berti  Foqts Bakıya gəlib

Bakı. Trend:

AFFA-nın baş katibi millimizin sabiq baş məşqçisi Berti Foqtsla görüşüb.

Trend qurumun saytına istinadən məlumat verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək B.Foqts Bakıya gəlib.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti