Bakı. Trend:
Niderland futbol yığmasının baş məşqçisi Danni Blind postunu tərk edib.
Bu barədə Trend Niderland Kral Futbol İttifaqına istinadən məlumat verir.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Niderland səfərdə Bolqarıstana 0:2 hesabı ilə məğlub olub. D.Blindin rəhbərliyi altında komanda qrupda son 5 oyunun ikisində qalib gəlib, ikisində məğlub olub, birində isə heç-heçə edib. 5 turdan sonra Niderland A qrupunda 7 xalla 4-cü yeri tutur.
Baş məşqçinin vəzifəsini hələlik Fred Qrim icra edəcək.