...

AÇ-2017: İlk gündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandı (YENİLƏNİB-2)

İdman Materials 29 Mart 2017 00:15 (UTC +04:00)
Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb.
AÇ-2017: İlk gündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandı (YENİLƏNİB-2)

Güləşçilərimizin görüşlərinin nəticələri əlavə olunub (ilk xəbər martın 28-i saat 10:41-də yayılıb)

Bakı. Trend:

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

Trend-in məlumatına görə, ilk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq Türkiyə idmançısı zədəli olduğundan final görüşü baş tutmayıb və güləşçimizin çempionatın qızıl medalına sahib olub.

74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısı ilə gərgin keçən görüşü qalib başa vuran (11:10) güləşçimiz çempionatın bürünc medalını qazanıb.

57 kq çəkidə mübarizə aparan Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Ukrayna güləşçisinə uduzan (12:2) Pərviz çempionatı 5-ci sırada tamamlayıb.

X X X

17:26

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparırlar.

57 kq çəkidə mübarizə aparan təmsilçimiz Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keçən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə idmançısı olacaq.

74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev isə İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

57 kq

Bürünc medal görüşü - Andrii Yatsenko (Ukrayna) - Pərviz İbrahimov
1/2 final - Azamat Tuskaev (Rusiya) - Pərviz İbrahimov 3:2
1/4 final - Pərviz İbrahimov - Ramaz Turmanidze (Gürcüstan) 17:7
1/8 final - Razvan Marian Kovaçs (Rumıniya) - Pərviz İbrahimov 0:11

65 kq

FİNAL - Haydar Yavuz (Türkiyə) - Teymur Məmmədov
1/2 final - Mark Diçe (İsveçrə) - Teymur Məmmədov 0:10
1/4 final - Oleksii Boruta (Ukrayna) - Teymur Məmmədov 4:7
1/8 final - Elbrus Çertkoev (Slovakiya) - Teymur Məmmədov 0:3
1/16 final - Teymur Məmmədov - İmam Aciyev (Rusiya) 2*:2

74 kq

Bürünc medal görüşü - Andrey Karpaç (Belarus) - İsmayıl Abdullayev
1/2 final - İsmayıl Abdullayev - Zəlimxan Hacıyev (Fransa) 0:10
1/4 final - Andrius Mazeika (Litva) - İsmayıl Abdullayev 8:12
1/8 final - Karl Erik Henrik Martenqard (İsveç) - İsmayıl Abdullayev 0:13

97 kq

1/8 final - Yunus Emre Dede (Türkiyə) - Pərviz Axundov 10:0

X X X

10:41

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparırlar.

57 kq

1/8 final - Razvan Marian Kovaçs (Rumıniya) - Pərviz İbrahimov

65 kq

1/16 final - Teymur Məmmədov - İmam Aciyev (Rusiya)

74 kq

1/8 final - Karl Erik Henrik Martenqard (İsveç) - İsmayıl Abdullayev

97 kq

1/8 final - Yunus Emre Dede (Türkiyə) - Pərviz Axundov

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti