...

"Bayer Leverkuzen" - "Volfsburg", Qomesdən 7 dəqiqəyə het-trik (VİDEO)

İdman Materials 2 Aprel 2017 23:30 (UTC +04:00)
Bu gün Almaniya Bundesliqasında 26-cı turun son oyunları keçirilib
"Bayer Leverkuzen" - "Volfsburg", Qomesdən 7 dəqiqəyə het-trik (VİDEO)

Bakı. Trend:

Bu gün Almaniya Bundesliqasında 26-cı turun son oyunları keçirilib.

Trend-in məlumatına görə, "Bayer Leverkuzen" klubu doğma meydanda "Volfsburg"u qəbul edib. Oyuna meydan sahibləri fəal başlayıblar. İlk hissənin sonlarında 40-cı dəqiqədə ev sahibinin oyunçusu K. Belarabi komandasını önə keçirib - 1:0.

İlk hissə 1:0 hesabı ilə yekunlaşıb.

İkinci hissəyədə ev sahibləri fəal başlayaraq K. Follandın qolu ilə fərqi 2 topa qaldırıblar - 2:0. Oyunun 80-ci dəqiqəsində qonaqların oyunçusu M. Qomes fərqi 1 topa endirib - 2:1. Cəmi 3 dəqiqə sonra M. Qomes dubl edərək hesabı bərabərləşdirib - 2:2. Oyunun 87-ci dəqiqəsində M. Qomes yenidən rəqib qapısına yol taparaq komandasını önə keçirib - 2:3. Oyunun 89-cu dəqiqəsində ev sahibi komandasının oyunçusu K. Haverç hesabı bərabərləşdirib - 3:3.

Beləliklə oyun 3:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Wolfsburg" klubunun oyunçusu Mario Qomes cəmi 7 dəqiqə ərzində het-trik edib (80-ci, 83-cü, 87-ci dəqiqə).

26-cı turda baş tutan oyunların nəticələri:

"Bavariya" 6 - 0 "Auqsburq";

"Hamburq" 2 - 1 "Köln";

"Leypsiq" 4 - 0 "Darmştad 98";

"Frayburq" 2 - 5 "Verder";

"Şalke" 1 - 1 "Borussiya Dortmund";

"Ayntraxt F" 0 - 0 "Borussiya M";

"İnqolştadt" 2 - 1 "Mayns";

"Bayer Leverkuzen" 3 - 3 "Volfsburq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti