...

AFFA Azərbaycan - Almaniya oyunundan 205 min manat qazandı

İdman Materials 11 Aprel 2017 16:56 (UTC +04:00)
Azərbaycan - Almaniya oyunundan daxil olan vəsait açıqlanıb.
AFFA Azərbaycan - Almaniya oyunundan 205 min manat qazandı

Bakı. Trend:

Azərbaycan - Almaniya oyunundan daxil olan vəsait açıqlanıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyununa bilet və "SkyBox" satışından, həmçinin "hospitality" (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 691 manat pul vəsaiti daxil olub.

Xatırladaq ki, Azərbaycan - Almaniya oyunu 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti