...

ÇL: "Monako", "Real" və "Atletiko" qələbə qazanıb (VİDEO) (YENİLƏNİB)

İdman Materials 13 Aprel 2017 00:45 (UTC +04:00)
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin oyununlarına yekun vurulub
ÇL: "Monako", "Real" və "Atletiko" qələbə qazanıb (VİDEO) (YENİLƏNİB)

ilk xəbər saat 22:46-da yayılıb

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin oyununlarına yekun vurulub.

Trend-in məlumatına görə, “Borussiya” “Monako”nu qəbul edib. Oyun 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qollar: Mbappe, 19 (0:1), Bender, 35-avtoqol (0:2), Dembele, 57 (1:2), Mbappe, 79 (1:3), Kaqava, 84 (2:3).

Qeyd edək ki, oyun aprelin 11-də keçirilməli idi olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı.

Dörddəbir final mərhələsinin digər oyunu “Bavariya” və “Real Madrid” klubları arasında keçirilib. Oyun 1:2 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb. Qollar: Arturo Vidal, 25 (1:0), Ronaldo, 47 (1:1), 77 (1:2)

Madriddə baş tutan oyunda isə “Atletiko” “Lester”lə qarşılaşıb. İngiltərə təmsilçisi “Atletiko” klubuna 1:0 hesabi ilə məğlub olub. Qol: Qrizmann, 28-pen.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti