...

İslam Həmrəyliyi İdman Federasiyasının bütün 57 üzv ölkəsi Bakı-2017-də təmsil olunacaq

İdman Materials 17 Aprel 2017 15:43 (UTC +04:00)
İslam Həmrəyliyi İdman Federasiyasının bütün 57 üzv ölkəsi Bakı-2017-də təmsil olunacaq
İslam Həmrəyliyi İdman Federasiyasının bütün 57 üzv ölkəsi Bakı-2017-də təmsil olunacaq

Bakı. Trend:

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) 12 və 22 may tarixləri arasında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında İHİF-in bütün 57 üzv ölkəsinin idmançılarının yarışacaqlarını elan edib.

Trend Əməliyyat Komitəsinə istinadən verdiyi məlumata görə, bu, İHİF və AİHOƏK tərəfindən bütün tərəflərlə əldə olunan razılaşmaya əsasən Küveyt idmançılarının İHİF-in bayrağı altında Müstəqil İslam Həmrəyliyi Oyunlarının idmançıları olaraq iştirak hüququnun əldə edilməsindən sonra bəyan edilib.

Razılığa əsasən Küveytdən olan idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcəklər. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək.

İHİF-in baş katibi H.E.Faysal Əbdüləziz Əl-Nassar bu elanla əlaqədar bildirib:

"İslam Həmrəyliyi Oyunları birlik və sülh mesajını özündə birləşdirən çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. Əminik ki, İslam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək. "Buna görə də İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu Oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti