...

Hakimləri təhqir edən oyunçu cəzalandırıldı

İdman Materials 18 Aprel 2017 13:45 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Hakimləri təhqir edən oyunçu cəzalandırıldı

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda qərar qəbul olunub ki, aprelin 15-də Premyer Liqanın 26-cı turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunsun.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 8 №-li futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti