...

Bakı-2017: Azərbaycanın ağır atleti - Hazıram! (VİDEO)

İdman Materials 20 Aprel 2017 13:11 (UTC +04:00)
Azərbaycanın ağır atleti Əfqan Bayramov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırdır.
Bakı-2017: Azərbaycanın ağır atleti - Hazıram! (VİDEO)

Bakı. Trend:

Azərbaycanın ağır atleti Əfqan Bayramov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırdır.

Trend-in məlumatına görə, Avropa çempionu (2012-ci il), Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil edən, eləcə də 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan idmançımız deyib:

"Hər bir zirvə fəth istəyir. Mənim üçün idman bir fəlsəfədir. O fəlsəfəni dərk edirəm və çalışıram ki, bayrağım hər zaman zirvədə ucalsın. Hazıram deməkdən qorxmuram. Hazıram!"

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti