...

"Neftçi"yə texniki məğlubiyyət verildi

İdman Materials 25 Aprel 2017 14:06 (UTC +04:00)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Neftçi"yə texniki məğlubiyyət verildi

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda 27-ci tutun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Premyer Liqanın XXVII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qarabağ” – “Sumqayıt” matçında isə “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti