...

Bakı-2017: Basketbol 3x3 millimizin heyəti açıqlandı

İdman Materials 28 Aprel 2017 11:11 (UTC +04:00)
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.
Bakı-2017: Basketbol 3x3 millimizin heyəti açıqlandı

Bakı. Trend:

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Bakı-2017-nin Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, Bakı-2017-də “A” qrupunda mübarizə aparacaq millimiz Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan basketbolçuları ilə qarşılaşacaq.

Ümumilikdə 20 komanda bu idman növü üzrə yarışlara qatılacaq. Bunlardan 10-u qadınlar və 10-u kişilərdən ibarət komandadır. Basketball 3x3 ənənəvi basketbol meyançasının yarı hissəsində oynanılır. Hər bir komanda 3 nəfərdən ibarətdir. Bu oyun, əsasən, “küçə meydanlarında” oynanılır.

Yarışlar 18-21 may tarixləri arasında Basketbol arenada keçiriləcək. Arena 1500 nəfər tamaşaçı üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti