...

Özbəkistan gimnastı: Bədii gimnastika inanılmaz emosiyalar verir

İdman Materials 29 Aprel 2017 21:35 (UTC +04:00)
Bədii gimnastika inanılmaz emosiyalar verir
Özbəkistan gimnastı: Bədii gimnastika inanılmaz emosiyalar verir

Bakı. Yelena Kosolapova - Trend:

Bədii gimnastika inanılmaz emosiyalar verir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Özbəkistan gimnastı Anastasiya Serdyukova deyib.

"Mənim çıxış etməkdən, tamaşaçıların xoşuna gəlməkdən xoşum gəlir. Bu, inanılmaz hisslərdir", - Serdyukova deyib.

O, gimnastlar üçün çox yaxşı şəraitlər yaradılmasını qeyd edib və deyib ki, Bakıdan çox xoşu gəlib.

"Burada gimnastikanın inkişafı üçün hər şey var", - Serdyukova bildirib.

Serdyukovanın sözlərinə görə, Bakıda Dünya Kuboku çox yaxşı keçir, hakimlər ciddi və ədalətli hakimlik edirlər.

Gimnast qeyd edib ki, o, həmişə valideyiinlərinin dəstəyini hiss edir.

"Onlar mənim yanımda olmasalarda, mənim idmanda uğurlarımı izləyirlər", - Serdyukova deyib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti