...

Türkiyə vətəndaşı: "Bakı Marafonu-2017"də qalib gəldiyim üçün çox xoşbəxtəm

İdman Materials 30 Aprel 2017 12:16 (UTC +04:00)
"Bakı Marafonu-2017"də qalib gəldiyim üçün çox xoşbəxtəm".
Türkiyə vətəndaşı: "Bakı Marafonu-2017"də qalib gəldiyim üçün çox xoşbəxtəm

Bakı. Vüqar İmanov - Trend:

"Bakı Marafonu-2017"də qalib gəldiyim üçün çox xoşbəxtəm".

Bunu Trend-ə marafonda qadınlar arasında birinci yerin sahibi Türkiyə vətəndaşı Yayla Kılıç deyib.

Y.Kılıç marafonun çox gözəl keçdiyini deyib: "Təşkilatçılıq da yüksək səviyyədə idi. Qalib gəldiyim üçün çox xoşbəxtəm. İlk dəfə olduğum Bakını da çox sevdim".

Qeyd edək ki, marafonda qadınlar arasında ikinci yeri Ukrayna vətəndaşı Valentina Poltovska, üçüncü yeri isə İran vətəndaşı Persina Arap tutub.

Xatırladaq ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib. Marafonda 13 mindən çox yürüşçü, o cümlədən, 1000-ə yaxın xarici vətəndaş iştirak edib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti