...

"Kəpəz" hamıdan güclü oldu

İdman Materials 1 May 2017 12:21 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.
"Kəpəz" hamıdan güclü oldu

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

Trend PFL-ə istinadən verdiyi məlumata görə, çempionatın sonuncu IV dövrəsində 28 oyun keçirilib. Bu qarşılaşmalarda 64 qol vurulub. Finişin ən güclüsü “Kəpəz” olub. Qərblilər son 7 oyunda 6 qələbə qazanıb və yalnız ölkə çempionu “Qarabağ”a uduzub. 18 xal toplayan Şahin Diniyevin yetirmələri son dövrədə çempionu da arxada qoyub.

Qurban Qurbanovun yetirmələri uduzmadığı dövrəni 17 xalla tamamlayıb. Çempionatın digər iki mükafatçısı “İnter”lə “Qəbələ” isə son bölümü uğursuz keçirib. Bu da onların mükafatı xeyli öncədən təmin etməsi, bundan sonra nəticələrinin yaxşı olmaması ilə bağlıdır.

Çempionatın autsayderi AZAL dövrənin də ən zəif komandası olub.

1

Kəpəz

7

6

0

1

10-3

18

2

Qarabağ

7

5

2

0

10-3

17

3

Sumqayıt

7

3

1

3

8-7

10

4

Zirə

7

2

4

1

9-4

10

5

Neftçi

7

3

0

4

8-10

9

6

İnter

7

2

1

4

8-12

7

7

Qəbələ

7

1

3

3

7-10

6

8

AZAL

7

0

1

6

4-15

1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti