...

"Real" Ronaldonun het-triki ilə "Atletiko"nu darmadağın etdi

İdman Materials 3 May 2017 01:05 (UTC +04:00)
UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk oyunu keçirilib
"Real" Ronaldonun het-triki ilə "Atletiko"nu darmadağın etdi

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk oyunu keçirilib.

Trend-in məlumatına görə, İspaniyanın "Real Madrid" klubu "Santyaqo Bernabeu"da Madridin digər təmsilçisi "Atletiko" klubunu qəbul edib. Oyun 3:0 hesabı ilə ev sabilərinin qələbəsi ilə yekunlaşıb.

Oyunun 10, 73 və 86-cı dəqiqələrində fəqlənən Kriştiano Ronaldu het-trik edib.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 22:45 "Monako" doğma meydanda İtaliyanın "Yuventus" klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti