...

Asiya Gimnastika İttifaqı: Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək

İdman Materials 6 May 2017 13:59 (UTC +04:00)
Azərbaycan gimnastikanın inkişafı üzrə düzgün yoldadır.
Asiya Gimnastika İttifaqı: Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan gimnastikanın inkişafı üzrə düzgün yoldadır.

Bunu Trend-ə Asiya Gimnastika İttifaqının prezidenti Abdul Rəhman əl-Şathri Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının kuluarlarında deyib.

O qeyd edib: "Azərbaycan Gimnastika Federasiyasının və şəxsən federasiyanın baş katibi Fərid Qayıbovun bu sahədə işini yüksək qiymətləndirirəm".

Əl-Şathri, həmçinin Azərbaycan Gimnastika Federasiyasına FIG Şurasının yüksək səviyyədə təşkilatçılığına və qonaqpərvərliyə görə təşəkkürünü bildirib:

"Hamıya yaxşı məlumdur ki, Azərbaycan təkcə gimnastika deyil, digər idman növləri üzrə də bir çox yarışlar keçirir. Əminəm ki, ölkəniz IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti