...

Bakı-2017: Türkiyə həndbolçuları qalib gəldi (FOTO)

İdman Materials 9 May 2017 13:16 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.
Bakı-2017: Türkiyə həndbolçuları qalib gəldi (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.

Trend-in məlumatına görə, kişilər arasında “B” qrupu çərçivəsində keçirilən ilk oyunda Türkiyə Mərakeş komandası ilə qarşılaşıb.

Türkiyə yığması 27:24 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti