...

Gimnast oğlanlarımız İslamiadada qalib gəlmək üçün bütün səylərini göstərəcəklər (FOTO)

İdman Materials 10 May 2017 09:21 (UTC +04:00)
Azərbaycanın idman gimnastikası üzrə oğlanlardan ibarət komandası İslam Həmrəyliyi Oyunlarında medallar qazanmaq və ən yaxşı nəticələr göstərmək üçün bütün səylərini göstərəcəklər
Gimnast oğlanlarımız İslamiadada qalib gəlmək üçün bütün səylərini göstərəcəklər (FOTO)

Bakı. Elena Kosolapova - Trend:

Azərbaycanın idman gimnastikası üzrə oğlanlardan ibarət yığması IV İslam Həmrəyliyi Oyunlarında medallar qazanmaq və ən yaxşı nəticələr göstərmək üçün bütün səylərini göstərəcəklər.

Bunu Trend-ə yığmanın təmsilçiləri Murad Ağarzayev, Bense Talas və Teymur Bayramov deyiblər.

M.Ağarzayev deyib ki, Azərbaycanın idman gimnastları indi yaxşı formadadırlar, məşqlərdə ikiqat çalışırlar və yüksək səylə Oyunlara hazırlaşırlar: "Oyunlarda yaxşı çıxış edəcəyik və komanda hesabında qalib gələcəyik".

İdmançının sözlərinə görə, Bakıdakı Oyunlara çox sayda güclü idman gimnastlar gələcək: "Türkiyəli, özbəkistanlı idmançılar çox güclüdürlər. İran, İraq və Qətərin yaxşı komandaları var. Fikirləşirəm ki, İran azı bir qızıl medal qazanacaq".

Eyni zamanda o qeyd edib ki, güclü rəqiblər Azərbaycan gimnastlarını qorxutmur, onlar öz güclərinə əmindirlər. Əsas isə odur ki, zədələr olmasın.

Gimnast həmçinin qeyd edib ki, o, IV İslam Həmrəyliyi Oyunlarının nəticələrinə görə, ən azı 3 medal qazanmaq niyyətindədir - sərbəst hərəkətlərdə, dayaq tullanmada və komanda hesabında.

Gimnast deyib ki, bu medallardan azı birinin qızıl olacağını gözləyirəm.

B.Talas öz növbəsində deyib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycan idman gimnastları 6 alətdə çıxış edəcəklər. Onun sözlərinə görə, komanda bütün alətlərdə kifayət qədər yaxşı çıxış edir.

T.Bayramov isə deyib ki, IV İslam Həmrəyliyi Oyunları bu il onun ilk startı olacaq: "Komandamızın yüksək yer tuta bilməsi üçün mən tam gücümü ortaya qoymaq niyyətindəyəm".

O qeyd edib ki, Azərbaycan yığmasının gimnastlarının əsas vəzifəsi - bacardıqları hər şeyi göstərməkdir.

T.Bayramovun sözlərinə görə, o, yarışlarda ən güclü rəqib kimi favorit olmaq şansı yüksək olan Türkiyəni hesab edir: "Amma biz qələbə qazanmaq üçün maksimum gücümüzü sərf edəcəyik".

T.Bayramov həmçinin qeyd edib ki, Azərbaycan gimnastları üçün IV İslam Həmrəyliyi Oyunlarında azarkeş dəstəyi böyük kömək olacaq: "Bizə azarkeşlik edin. Dəstək bizə daha yaxşı çıxış etməyə kömək edəcək".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti