...

Nazir: Türkiyə idmançıları İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşıb

İdman Materials 10 May 2017 16:25 (UTC +04:00)
Türkiyə idmançıları Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşıb.
Nazir: Türkiyə idmançıları İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşıb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə idmançıları Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin idman və gənclər naziri Akif Çağatay Kılıç deyib.

Onun sözlərinə görə, türkiyəli idmançılar ölkəni yarışlarda layiqincə təmsil edəcək: “İdmançılarımız son illər beynəlxalq yarışlarda uğurla çıxış edib”.

Türkiyə IV İslam Həmrəyliyi Oyunlarında ən böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Bakıda 21 idman növü üzrə Trükiyədən 339 idmançı iştirak edəcək.

Qeyd edək ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyədə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti