...

Bakı-2017: Özbəkistan Kamerunla da bacara bilmədi

İdman Materials 11 May 2017 15:49 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında həndbol yarışı davam edir.
Bakı-2017: Özbəkistan Kamerunla da bacara bilmədi

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında həndbol yarışı davam edir.

Trend-in məlumatına görə, millimizin də yer aldığı A qrupunda Özbəkistan və Kamerun yığmaları qarşılaşıb.

Aşkar autsayder Özbəkistan Kamerunla da bacara bilməyib – 25:41.

Qrupun son matçı buna qədər bütün oyunları qələbə ilə başa vuran liderlər - Azərbaycan və Türkiyə həndbolçuları aralarında keçirilir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti